20 Aprel 2025
ABŞ İsrailə THAAD zenit-raket kompleksi göndərdiyini TƏSDİQLƏDİ

ABŞ İsrailə THAAD zenit-raket kompleksi göndərdiyini TƏSDİQLƏDİ

ABŞ İsrailə THAAD zenit-raket kompleksi göndərdiyini TƏSDİQLƏDİ

14 Oktyabr 2024 13:17 | Baxış sayı: 255

ABŞ Yaxın Şərqdəki əsas müttəfiqinin müdafiəsini gücləndirmək üçün İsrailə qabaqcıl THAAD raketdən müdafiə sistemini və qoşunlarını göndərəcək.


AJMEDİA.İNFO rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.


"Prezident Co Baydenin göstərişi ilə müdafiə naziri Lloyd Ostin aprelin 13 və oktyabrın 1-də İranın misli görünməmiş hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirmək üçün oraya uzun mənzilli raketdən müdafiə (THAAD) batareyası və ABŞ hərbçilərindən ibarət ekipaj göndərilməsinə icazə verib", - o bildirib.