Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
5 saat əvvəlABŞ İsrailə silah üçün 3,5 milyard dollar verəcək
10 Avqust 2024 10:26 | Baxış sayı: 465
ABŞ İsrailə Amerika silah və hərbi texnikasının alınması üçün 3,5 milyard dollar ayırmaq niyyətindədir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, cümə axşamı ABŞ Dövlət Departamenti Konqresə məlumat verib ki, Co Bayden administrasiyası qanunvericilərin aprel ayında İsrailə ayırmağa razılaşdığı vəsaitlərdən İsrailə bir neçə milyard dollarlıq xarici hərbi maliyyə göndərməyi planlaşdırır. Bu, İsrailə ABŞ-dən qabaqcıl silah sistemləri və digər zəruri avadanlıqlar almaq imkanı verəcək.
Telekanalın qeyd etdiyi kimi, İsrail bu məbləğdə silahı dərhal almayacaq. Çünki ala biləcəyi silah sistemləri hələ istehsal mərhələsindədir. Buna görə də, İsrail onları bir neçə ildən tez ala bilməyəcək.
Qeyd edək ki, iyulun 24-də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxış edərək, Vaşinqtondan İsrailə hərbi yardım göstərilməsi prosesini sürətləndirməyi xahiş etmişdi.