20 Aprel 2025
ABŞ İsraildən HƏMAS-la bağlı nə istəyib? - Yerusəlim o səhvi TƏKRARLAMAYACAQ

ABŞ İsraildən HƏMAS-la bağlı nə istəyib? - Yerusəlim o səhvi TƏKRARLAMAYACAQ

ABŞ İsraildən HƏMAS-la bağlı nə istəyib? - Yerusəlim o səhvi TƏKRARLAMAYACAQ

24 Oktyabr 2023 10:34 | Baxış sayı: 554

İsrail-HƏMAS müharibəsində ABŞ birmənalı olaraq İsraili dəstəkləyir. ABŞ siyasi dəstək verməklə yanaşı rəsmi Yerusəlimə gərgin vəziyyətdə daha düzgün qərarlar qəbul etməyə də köməklik göstərir.


AJMEDİA.İNFO Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, ABŞ İsraildən terrora qarşı mübarizədə 11 sentyabr hadisəsindən sonra rəsmi Vaşinqtonun yol verdiyi səhvləri təkrarlamamağı istəyib.


ABŞ Prezidenti Co Bayden İsrailə səfəri zamanı bunu açıq şəkildə ifadə edib. Maraqlıdır ki, bundan sonra İsrail Qəzza zolağında qurudan əməliyyat keçirilməsini təxirə salıb, əraziyə humanitar yardımın çatdırılmasına şərait yaradıb. Bununla belə İsrail HƏMAS-la silahı yerə qoyana qədər mübarizə aparacağını, güzəşt etməyəcəyini bəyan edib. Bu o deməkdir ki, İsrail həm özü, həm də fələstinlilər üçün doğru olan ədaləti təmin etməkdən usanmayacaq.


Xatırladaq ki, əkiz qüllələrin dağıdılmasından sonra Amerikanın İraq və Əfqanıstana hücumları yüz milyardlarla dollar və minlərlə insanın həyatı bahasına regionda daha pis vəziyyət yaratdı, sonralar isə yeni terror qrupları formalaşdı. Eyni səhvi İsrailin etməməsi üçün sona qədər mübarizə aparıb HƏMAS-ın kökü kəsiləcək. Bu məqsədlə zamanı gəldiyində hətta qurudan əməliyyatların keçirilməsi də mümkündür.


Gözlənilir ki, əməliyyatlar uğurla yekunlaşandan sonra ABŞ diplomatlarının səyi ilə HƏMAS-ın olmadığı yeni Qəzza qurulacaq. Qəzet yazır ki, yeni Qəzzanın qurulmasına və idarə olunmasına kömək etmək üçün ABŞ, Avropa İttifaqı, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla Qərb meylli ərəb dövlətlərinin ittifaqı formalaşdırılacaq. (Sfera.az)