SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlABŞ, İsrail və Misir dəhliz açmağa razılaşdı
14 Oktyabr 2023 15:07 | Baxış sayı: 734
Misir, İsrail və ABŞ Qəzza zolağında yaşayan əcnəbilər üçün “yaşıl dəhliz” açmaq barədə razılığa gəliblər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, sözügedən dəhliz Misirin Rəfah sərhəd keçid məntəqəsindən keçəcək.
“İsrail əcnəbilərin mühasirədə olan Fələstin ərazisindən keçəcəyi ərazilərə zərbə endirməkdən çəkinməyə razılaşıb. Qətər danışıqlarda iştirak edib və onların iştirakçıları HƏMAS və "İslami Cihad"ın razılığını alıblar. Saziş HƏMAS tərəfindən saxlanılan girovları əhatə etmir”, - Misir rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrail və Misirin qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaratmaq razılığına gəldiyini bildirilmişdi. Lakin Misir bunu təkzib etmişdi.//Axar.az