İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlABŞ İsrail ətrafında 15 mindən çox hərbçi yerləşdirib
19 Oktyabr 2023 21:23 | Baxış sayı: 685
Müxtəlif tərəflərin İsrailə qarşı silahlı münaqişələrə girməsinin qarşısını almaq üçün hazırda İsrail yaxınlığında 15 mindən çox Amerika əsgəri yerləşdirilib.
AJMEDİA.İNFO xəbər verir ki, "Bu məlumatlara ABŞ-ın qonşu ölkələrdəki bazalarında yerləşdirilən ABŞ Hərbi Hava Qüvvələri daxil deyil. Bu gün əsgər və hərbi texnika daşıyan ABŞ təyyarəsi İraqdakı Əl-Əsəd və Suriyadakı Əl-Tanf bazalarına eniş edib", - deyə məlumatda bildirilir.
Birləşmiş Ştatlar həmçinin İsrailə dərin kəşfiyyat üzrə ixtisaslaşmış və partizan qüvvələrinə qarşı mübarizədə təcrübəli olan ABŞ Ordusunun Reyncers hissələrini göndərəcək. Amerika tərəfinin İsrailə ABŞ Silahlı Qüvvələrinə məxsus iki “Dəmir günbəz” raketdən müdafiə sistemi təqdim edəcəyi planlaşdırılır.