SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlABŞ İrana hücuma rəsmən icazə verdi - Bu tarixdə...
24 Oktyabr 2024 10:01 | Baxış sayı: 388
Blinken İsrailin cavab zərbəsini dəstəklədi və bunun yaxın zamanda olacağını açıqladı, lakin bu hücum eskalasiyaya səbəb olmamalıdır; Pezeşkian və Tehrandan reaksiya gəldi - rəy
“İsrailin İrana cavab zərbələri Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarmamalıdır”. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. “İsrailin eskalasiyanın daha da artmasına səbəb olmayacaq şəkildə cavab verməsi çox vacibdir”, - o qeyd edib.
Dövlət katibi dolayısı ilə İsrailin İrana hücum etməsinə razılığını bildirib. Bu da cavab zərbəsinin olacağı ehtimalını tamamilə qətiləşdirir. Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və bu açıqlamadan əminliklə söyləmək mümkündür ki, İrana yaxın zamanda zərbə endiriləcək. “İran və "Hizbullah"ın mənə sui-qəsd cəhdini gözardı etmək olmaz". Netanyahu Blinkenlə Qüdsdə keçirilən görüşündə belə deyib. İki saat yarım davam edən görüşdə Netanyahu bildirib ki, bu, diqqətdən kənarda qalmayan dramatik əhəmiyyətə malik bir məsələdir. Tərəflər oktyabrın 1-də İranın yəhudi dövlətinə kütləvi raket hücumuna İsrailin gözlənilən cavab zərbəsini müzakirə ediblər.
İsrailin həmçinin “Hizbullah”ın Netanyahunun Qeysəriyyədəki evinin yataq otağının pəncərəsini zədələyən dron hücumuna cavab verməsi gözlənilir. Blinken İsrailə dəstəyini bir daha ifadə edib, buna baxmayaraq, bölgədə gərginliyin azaldılması və uzunmüddətli sülh üçün çalışdıqlarını dilə gətirib. İsrailin İrana mümkün hücumunu dəyərləndirən prezident Məsud Pezeşkian bildirib ki, onlar eyni cavabı alacaqlar. “ABŞ İrana gözlənilən hücumdan sonra İsraili dəstəkləməlidir”. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib. “Nazir Qalant İranın təcavüzü və onun Yaxın Şərqə səpələnmiş şəbəkəsi vasitəsilə həyata keçirdiyi terror fəaliyyətləri ilə bağlı müzakirə zamanı İsrailin İrana hücumundan sonra ABŞ-ın İsrailin yanında olmasının vacibliyini vurğuladı. Bu, regionun müdafiəsini gücləndirəcək və şər qüvvələri zəiflədəcək”, - Müdafiə Nazirliyinin görüşdən sonra verdiyi açıqlamada deyilir.
Qalant və Blinken Livan və Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər. Qalant İsrail ordusunun müxtəlif istiqamətlərdə əməliyyat uğurlarından danışaraq Qəzzada saxlanılan girovların qaytarılmasının və “Hizbullah” qüvvələrinin Livanın cənubundan çıxarılmasının vacibliyini vurğulayıb. “Qonşu ölkələr Tehranı əmin edib ki, onlar öz ərazilərindən İsrailin İrana hücum etmək üçün istifadə etməsinə icazə verməyəcəklər”. Bunu isə İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Bütün qonşularımız bizi əmin ediblər ki, onlar bizə öz ərazilərindən, o cümlədən hava məkanından İran İslam Respublikasına qarşı istifadə etməyə icazə verməyəcəklər”, - deyə Əraqçi bildirib.//Musavat.com