20 Aprel 2025
ABŞ-ın əsas rəqibi biz deyilik

ABŞ-ın əsas rəqibi biz deyilik

ABŞ-ın əsas rəqibi biz deyilik

17 İyun 2023 07:11 | Baxış sayı: 658

"Çin ABŞ-ın əsas rəqibi deyil, bunu demək strateji səhvdir”.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.

Onun sözlərinə görə, ABŞ Çinlə işləməlidir və Pekinə qarşı təqibləri dayandırmalıdır.

"Ölkələr ikitərəfli münasibətləri sabit inkişaf yoluna çıxarmalı və bir-birinin “daxili və xarici siyasəti haqqında düzgün təsəvvür formalaşdırmalıdır”, - Venbin bildirib.

Qeyd edək ki, Van Venbin bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində çıxış edib. Blinkenin iyunun 18-də Pekinə səfəri planlaşdırılır ki, bu, Amerikanın yüksək səviyyəli rəsmisinin son illərdə Çinə ilk səfəridir.