SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlABŞ-ın Azərbaycanın qardaş ölkəsinə qarşı sanksiyası…
22 Dekabr 2024 09:00 | Baxış sayı: 814
ABŞ-ın Pakistanın ballistik raket proqramına qarşı iqtisadi sanksiyalar tətbiqi ədalətsizdir. Pakistan bu sanksiyaları əsassız və qərəzli adlandırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Axar.az-a danışıb.
“Pakistan nüvə dövlətidir. Vaşinqton bu hesabla ballistik raket proqramı olan bütün ölkələrə qarşı sanksiya tətbiq etməlidir. Aydındır ki, ABŞ ballistik raket proqramı olan müttəfiqlərinə qarşı eyni siyasəti həyata keçirməz. Vaşinqton Pakistanı Çinin müttəfiqi olduğuna görə cəzalandırmaq istəyir. Soyuq müharibə illərində ABŞ-ın Pakistana ehtiyacı var idi. Vaşinqton Əfqanıstandakı SSRİ qoşunlarının problemlərini artırmaq üçün İslamabadla sıx əməkdaşlıq edir, əfqan mücahidləri Pakistan ərazisində silahlandırırdı. SSRİ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra ABŞ-ın Pakistana ehtiyacı qalmadı və İslamabada münasibəti dəyişdi. ABŞ üstünlüyü Hindistanla əməkdaşlığa verdi. Ancaq Pakistanın bölgədə rolu azalmayıb və müxtəlif regional layihələrdə əsas iştirakçılardan biridir”.