20 Aprel 2025
ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

15 Oktyabr 2023 10:09 | Baxış sayı: 631

ABŞ "Duayt Eyzenhauer" aviadaşıyıcısını Aralıq dənizindəki Avropa Komandanlığının məsuliyyət zonasına göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Donanması Komandanlığı məlumat yayıb.

Məlumata görə, "Duayt Eyzenhauer" HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar Aralıq dənizinin şərqində “Cerald Ford” aviadaşıyıcısına qoşulacaq.

"Duayt Eyzenhauer" aviadaşıyıcı zərbə qrupuna idarəolunan raketlərlə təchiz olunmuş “USS Philippine Sea” raket kreyseri, idarəolunan raketlərlə təchiz olunmuş “USS Laboon”, “USS Mason” və “USS Gravely” esminesləri və 9 aviasiya eskadrilyası daxildir.//Axar.az