SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlABŞ “Harpy” PUA istehsalına görə Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
18 Oktyabr 2024 08:48 | Baxış sayı: 380
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu gün Rusiyanın Harpia seriyalı uzaq mənzilli hücum pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasında və istehsalında iştirakına görə üç müəssisə və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
“Çin Xalq Respublikasının (ÇXR) mütəxəssisləri tərəfindən hazırlanmış “Harpy” pilotsuz uçan aparatı Çinin fabriklərində Rusiyanın müdafiə firmaları ilə əməkdaşlıqda istehsal olunur və daha sonra Ukraynaya qarşı istifadə üçün Rusiyaya verilir. Bu özəl şirkətlər və şəxslər Ukraynada Rusiya hərbçilərinin istifadəsi üçün ABŞ-ın sanksiyaları altında Rusiya müdafiə firması üçün hərbi texnikanın hazırlanması və istehsalı ilə məşğul olublar”, - OFAC bildirib.