20 Aprel 2025
ABŞ Gürcüstanın daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstanın daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstanın daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etdi

20 Dekabr 2024 11:51 | Baxış sayı: 523

ABŞ Maliyyə Nazirliyi Maqnitski Aktı ilə sanksiyalar siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi İşlər Departamentinin direktor müavini Mirzə Kezevadzeni daxil edib.
AJMEDIA.INFO
xəbər verir ki, bu barədə maliyyə idarəsinin yazılı açıqlamasında bildirilir.

ABŞ hakimiyyətinin məlumatına görə, Qomelauri və Kezevadze 2024-cü ildə keçirilən nümayişlər də daxil olmaqla media nümayəndələrinə, müxalifətçilərə və etirazçılara qarşı repressiyalarda iştirak ediblər.

Bundan əlavə, Dövlət Departamentinin sözçüsü Metyu Millerin yazılı bəyanatında deyilib ki, ABŞ Xarici İşlər Xidməti də etirazçılara qarşı zorakılıqda iştirak edən hüquq-mühafizə və təhlükəsizlik orqanları da daxil olmaqla, digər gürcü şəxslərə və onların ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək üçün əlavə addımlar atır.

Qeyd edək ki, Maqnitski adına Qlobal İnsan Haqları Aktı. Vaşinqtonun fikrincə, insan hüquqlarının kobud şəkildə pozulmasına, habelə korrupsiyada iştiraka görə sanksiyaların tətbiqini nəzərdə tutan Amerika qanunudur. Sanksiya siyahısına daxil olmaq ABŞ-dəkı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin müttəhimlərlə iş aparmasının qadağan edilməsi, həmçinin ABŞ-yə girişin qadağan edilməsi deməkdir.//Yeniavaz.com