20 Aprel 2025
ABŞ dövlət katibi Brüsselə səfər edəcək

ABŞ dövlət katibi Brüsselə səfər edəcək

ABŞ dövlət katibi Brüsselə səfər edəcək

30 Mart 2023 16:52 | Baxış sayı: 471

ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-5-də Brüsselə səfər edəcək və burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti rəhbərinin birinci müavini Vedanta Patelin bəyanatında deyilir.

Blinkenin həmçinin Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də danışıqlar aparacağı gözlənilir.