SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlABŞ Dövlət Departamenti: Ermənistan və Azərbaycan arasında danışıqların növbəti mərhələsini səbirsizliklə gözləyirik
06 İyun 2023 11:03 | Baxış sayı: 482
Görüşün dəqiq tarixini deyə bilmərəm, lakin bu ayın sonunadək Vaşinqtonda danışıqların daha bir raundunun keçiriləcəyi gözlənilir.
AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə dövlət katibi Entoni Blinkenin gələn həftə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu qəbul etməyə hazırlaşdığı barədə məlumatlara istinadən bildirib.
“Biz bu ayın sonunda Vaşinqtonda danışıqların növbəti mərhələsini gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək qurmaq üçün səylərini davam etdirirlər. Əvvəllər dediyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif məkanlarda, o cümlədən son liderlərin görüşündə getməsindən məmnundur”, - Patel bildirib.