20 Aprel 2025
ABŞ-dən Ukrayna ilə bağlı sərt qərar - Qadağan edildi

ABŞ-dən Ukrayna ilə bağlı sərt qərar - Qadağan edildi

ABŞ-dən Ukrayna ilə bağlı sərt qərar - Qadağan edildi

05 Mart 2025 17:22 | Baxış sayı: 572

Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukraynalı həmkarı Vladimir Zelenski arasında yaşanan gərginlikdən sonra Vaşinqton Böyük Britaniyaya Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı qadağan edib.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ tərəfi bununla bağlı Britaniyaya mesaj göndərib. Britaniyanın “Daily Mail” qəzetinin xəbərinə görə, ABŞ Britaniyanın bütün kəşfiyyat xidmətləri və hərbi təşkilatlarına məktub göndərərək, ABŞ-dən aldıqları kəşfiyyat məlumatlarını Kiyevlə paylaşmağı qadağan edib. Qəzet, Böyük Britaniya Hökumətinin Rabitə Qərargahı, kəşfiyyat xidmətləri və Böyük Britaniya Müdafiə Nazirliyinin müvafiq bölmələrinin Vaşinqtondan bununla bağlı əmr aldığını bildirib.

“Daily Mail” həmçinin qeyd edib ki, qadağa ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında Ağ evdəki tarixi debatla bağlı olub.