20 Aprel 2025
ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı

ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı

ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı

04 Fevral 2025 18:52 | Baxış sayı: 306

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə təxminən 1 milyard dollar dəyərində yeni silah və hərbi texnika tədarükünə razılıq verilməsi üçün Konqresə sorğu göndərib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.

Məlumata görə, sövdələşməyə dəyəri 700 milyon dollardan çox olan 4700 ədəd 450 kq-lıq aviabombaların, həmçinin ümumi qiyməti 300 milyon dollardan artıq olan zirehli "Caterpillar" buldozerlərinin tədarükü daxildir. Proses ABŞ-nin İsrailə milyardlarla dollarlıq illik hərbi yardımı hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, sövdələşmə ilə bağlı danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib. Fevralın 4-də Netanyahu Trampla görüşməyi planlaşdırır və bu zaman Qəzzada sülhün əldə edilməsi, Livanda atəşkəs və Yaxın Şərqdəki ümumi vəziyyət də daxil olmaqla əsas məsələlərin müzakirəsi gözlənilir.

Bundan əlavə, nəşrin yazdığına görə, İsrail tərəfi Tramp administrasiyasından Co Baydenin hakimiyyəti dövründə təsdiq edilmiş daha bir silah paketinin çatdırılmasının sürətləndirilməsini istəmək niyyətindədir.