SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlABŞ-da ticarət mərkəzində baş verən atışma ilə əlaqədar bayraqların yarıya endiriləcək
08 May 2023 03:07 | Baxış sayı: 616
ABŞ prezidenti Co Bayden 8 nəfərin ölümü ilə nəticələnən Texasdakı ticarət mərkəzində baş verən atışma ilə əlaqədar Ağ Evin, eləcə də bütün hökumət binalarının və meydanların üzərində ABŞ bayrağının yarıya qədər endirilməsi barədə göstəriş verib.
Bu barədə Ağ Evin saytında bildirilib.
"Mən Ağ Evdə, bütün hökumət binalarında və meydanlarda, hərbi postlarda və dəniz bazalarında, Kolumbiya dairəsindəki bütün federal hökumət gəmilərində və Birləşmiş Ştatların hər yerində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm", - deyə C.Bayden açıqlamasında qeyd olunub.
Qeyd olunub ki, bayraqlar mayın 11-dək endiriləcək.