Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
6 saat əvvəlABŞ-da gecə klubunun yaxınlığında silahlı insident olub, yaralananlar var
11 İyun 2023 14:20 | Baxış sayı: 567
ABŞ-ın Texas ştatının Hyuston şəhərində gecə klubunun yaxınlığında silahlı insident zamanı 6 nəfər yaralanıb.
Bu barədə yerli polisə istinadən "ABC News" məlumat yayıb.
Naməlum şəxs “Tabu” gecə klubunun yaxınlığında insanlara atəş açmağa başlayıb.
Güllə yarası alan bir nəfərin vəziyyəti ağırdır. Digərlərinin həyatı üçün təhlükə yoxdur.
Şübhəli hələ tutulmayıb, belə ki, o, hadisə yerindən qaçıb.