20 Aprel 2025
ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb

ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb

ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb

07 İyul 2023 13:45 | Baxış sayı: 595

ABŞ-ın Nyu-York şəhərində iki avtobus toqquşub.

ABC telekanalının yerli bölməsi bildirib ki, qəza nəticəsində azı 81 nəfər xəsarət alıb.

Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb.

Nyu-Yorkun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib.

Zərərçəkənlərin heç biri həyati təhlükəsi yoxdur.