20 Aprel 2025
ABŞ bu ölkənin səfirini ölkədən qovdu

ABŞ bu ölkənin səfirini ölkədən qovdu

ABŞ bu ölkənin səfirini ölkədən qovdu

15 Mart 2025 09:37 | Baxış sayı: 511

ABŞ Dövlət katibi Marko Rubio Cənubi Afika Respublikasının (CAR) ölkədəki səfiri İbrahim Rəsulu arzuolunmaz şəxs elan edib.

AJMEDIA.INFO xəbər verir ki, dövlət katibi bu barədə X səhifəsində yazıb.

“Biz nəhəng ölkəmizdə CAR səfirinin olmasından şad deyilik. İbrahim Rəsul Amerika və onun prezidentinə nifrət edən siyasətçi-rasistdir. Onunla müzakirə ediləsi heç nəyimiz yoxdur və indi o, arzuolunmaz şəxs elan edilir”, - deyə o bildirib.

Qeyd edək ki, Rəsul Donald Trampı ağların üstünlüyü ideologiyasında, hazırkı dünya nizamına hörmətsizlikdə, BMT və G20 daxil olmaqla, beynəlxalq qurumlara məhəl qoymamaqda ittiham edib.

Teqlər:
Marko Rubio