İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlABŞ bu ölkədən bizə qarşı istifadə edir – Türk general
28 Yanvar 2024 06:44 | Baxış sayı: 598
ABŞ Yunanıstandan Türkiyəyə dolayı təzyiq faktoru kimi istifadə edir.
“ABŞ Yunanıstanı vaxtaşırı silahlandırsa da, Vaşinqton Türkiyə ilə döyüşə ehtiyacı olmadığını deyir. Ancaq həm Yunanıstan, həm də PKK-dan istifadə ilə Ankaraya dolayı təzyiq var. Digər tərəfdən, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı xəbərlər fonunda Vaşinqtonun Yunanıstan timsalında dəstəyə ehtiyacı var”, - Karakuş bildirib.
Onun sözlərinə görə, Yunanıstan artıq müstəqil ölkə deyil, çünki ABŞ Afinadan baza kimi istifadə edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yunanıstana 8,6 milyard dollara beşinci nəsil F-35 döyüş təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyi bildirilib. Dövlət Departamenti həmçinin Türkiyəyə 23 milyard dollara F-16 döyüş təyyarələri və avadanlıqlarının mümkün satışını təsdiqləyib.
Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcısı, artıq xidmətdə olan 79 təyyarənin modernləşdirilməsi, əlavə avadanlıq, naviqasiya sistemləri, silah və sursat, raketlər, ehtiyat hissələri, yer terminalları və təlim sistemləri tələb edib.