SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlABŞ bu ölkədə 5 hərbi baza QURUR
16 Fevral 2024 06:12 | Baxış sayı: 584
ABŞ “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizə aparmaq üçün Somalidə 5 hərbi baza quracağını açıqlayıb.
Xarici KİV xəbər verir ki, Somali Müdafiə Nazirliyi ilə ABŞ-ın Moqadişudakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində hər iki tərəfdən yüksək səviyyəli rəsmilər, o cümlədən Somali prezidenti Həsən Şeyx Mahmud və ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi iştirak edib.
İmzalanan anlaşma memorandumu çərçivəsində ABŞ Somalidə “Əş-Şəbab”la mübarizədə 5 hərbi baza quracaq.
Somali ordusunun “Danab” briqadası ilə əlaqəli olacaq hərbi bazalarda, ABŞ əsgərlərinin yerləşdirilməsi ilə yanaşı, Somali əsgərləri üçün hərbi təlim fəaliyyətləri də həyata keçiriləcək.
ABŞ-ın baza yaratmaq qərarının Afrika İttifaqının Keçid Missiyasının (ATMIS) Somalidən çıxarılması planından sonra gəlməsi diqqət çəkir.
Qeyd edək ki, “Əş-Şəbab” 2007-ci ildən Somali hökumətinə və Afrika İttifaqı qüvvələrinə hücum edir, tez-tez şəhərlərdə və kənd yerlərində terror hücumları təşkil edir. Musavat.com