SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlABŞ bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlığına görə bölgəyə öz hərbi gəmilərini və sualtı qayığını göndərib
13 Avqust 2024 05:24 | Baxış sayı: 466
ABŞ bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı və bir neçə esmines göndərib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə The Washington Post yazıb.
Qeyd olunur ki, bölgədə İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqlar artdığı üçün Birləşmiş Ştatlar Aralıq dənizinin şərqinə daha çox gəmi, o cümlədən bir sualtı qayıq və bir neçə esmines yerləşdirib.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən bir müdafiə rəsmisi bildirib ki, USS Laboon Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə yol aldıqdan sonra bölgəyə gəlib.
USS Ruzvelt və USS Bulkeley esminesləri və USS Wasp, USS Oak Hill və USS New York gəmilərinin daxil olduğu üç gəmidən ibarət amfibiya əməliyyat qrupu artıq regiondadır.
Həmin işçi qrupundakı dənizçilər və dəniz piyadaları evakuasiya əməliyyatlarını idarə etmək üçün məşq edirlər.