20 Aprel 2025
ABŞ, Avropa Birliyi və Fransadan sonra NATO da Qafqaza yerləşir: Alyans Ermənistanda hərbi baza yaradır

ABŞ, Avropa Birliyi və Fransadan sonra NATO da Qafqaza yerləşir: Alyans Ermənistanda hərbi baza yaradır

ABŞ, Avropa Birliyi və Fransadan sonra NATO da Qafqaza yerləşir: Alyans Ermənistanda hərbi baza yaradır

12 Oktyabr 2024 19:09 | Baxış sayı: 384

CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti Armen Qriqoryanın Ermənistanı NATO-nun "yeni cənub cinahı"na çevirmək təklifi ABŞ və Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarına tamamilə cavab verir... Böyük ehtimalla Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin avantürist təklifləri məhz CİA tərəfindən əvvəlcədən hazırlanmış ssenaridir, sadəcə, bu planın detallarının NATO-nun hərbi rəhbərliyinə təqdimatı erməni agentə həvalə olunub...

Cənubi Qafqaz uğrunda mübarizə artıq təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, ABŞ və Qərb bu regionda sülh prosesinə dəstəkdən danışıb, israrla xaos yaratmaq istiqamətində addımlar atmağa çalışır. Üstəlik, bu məqsədlə ən qəliz planları reallaşdırmaq baxımdan, yolverilməz manevrlərlə regional situasiyanı daha da gərginləşdirir. Və Qərbin bu təhlükəli planlarında Ermənistan əsas "geopolitik alət" rolunda çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan rəhbərliyinə daxil olan bəzi şəxslər ABŞ və digər Qərb ölkələrinin xüsusi xidmət servisləri ilə qapalı görüşlər keçirməklə, diqqəti çəkirlər. Həmin görüşlərdə Ermənistanın üzərinə bəzi təhlükəli geopolitik öhdəliklər yüklənir. Rəsmi İrəvan isə Ermənistanı Qərbə mümkün qədər daha baha qiymətə sata bilmək üçün öz xidmətlərini təklif edir. Və bu, o deməkdir ki, rəsmi İrəvan Ermənistanın Qərb tərəfindən dəstəklənməsi üçün istənilən təlimatı dərhal icra etməyə hazırdır.//Musavat.com

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)