20 Aprel 2025
ABŞ 400-ə yaxın şirkət və fiziki şəxsə qarşı sanksiya tətbiq edib

ABŞ 400-ə yaxın şirkət və fiziki şəxsə qarşı sanksiya tətbiq edib

ABŞ 400-ə yaxın şirkət və fiziki şəxsə qarşı sanksiya tətbiq edib

24 Avqust 2024 10:15 | Baxış sayı: 433

ABŞ Rusiya ilə əlaqəli 400-ə yaxın fiziki şəxsə və şirkətlərə qarşı sanksiya tətbiq edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Mərkəzimizin xəbərinə görə, sanksiyalar siyahısına daxil edilmiş şirkətlər və şəxslər Moskvaya sanksiyalardan yan keçməyə və onu Ukraynaya qarşı müharibədə istifadə olunan mal və xidmətlərlə təmin etməyə kömək edir.

Sanksiyalara düşənlər arasında Rusiya müdafiə naziri Andrey Belousovun oğlu və gəlini, Moskva Zərgərlik Zavodu, Volqa-Dnepr Hava Yolları, Air Bridge Cargo, Norilsk Avia, Maqnitoqorsk Dəmir-Polad Zavodu, eləcə də mayeləşdirilmiş təbii qazın daşınması üçün gəmilər var.