SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl8 Noyabr prospekti ilə bağlı RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
13 Mart 2024 11:58 | Baxış sayı: 555
Martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.
AJMEDİA.İNFO bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə agentlik bəyan edib.