20 Aprel 2025
8 martda hava necə olacaq? - PROQNOZ!

8 martda hava necə olacaq? - PROQNOZ!

8 martda hava necə olacaq? - PROQNOZ!

07 Mart 2025 12:42 | Baxış sayı: 291

Beynəlxalq Qadınlar Günü - 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.


Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.