SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl76 yaşlı Əməkdar artist 7-ci dəfə evləndi - FOTO
24 Yanvar 2024 07:55 | Baxış sayı: 466
Rusiyanın Əməkdar artisti, aktyor və “Na-Na” qrupunun yaradıcısı Bari Alibasov gizli şəkildə evlənib.
AJMEDİ.İNFO xəbər verir ki, Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 76 yaşlı prodüser yeddinci dəfə ailə həyatı qurub.
Alibasovun yeni həyat yoldaşı əməliyyatdan sonra ona baxan köməkçisi Yelena olub.
“Şayiə yoxdur!” verilişində Alibasov toy etmədiyini, sadə nikahla evləndiyini etiraf edib.
Əlibasov onu da bildirib ki, yeni həyat yoldaşı sayəsində müntəzəm yeməyə başlayıb, lakin əvvəllər gündə bir dəfə yemək yeyib.
2021-ci ildə Alibasov üç il birlikdə olduğu aktrisa Lidiya Fedoseeva-Şukşina ilə boşanıb.