20 Aprel 2025
76 metrlik asteroid Yerə yaxınlaşır

76 metrlik asteroid Yerə yaxınlaşır

76 metrlik asteroid Yerə yaxınlaşır

09 May 2023 02:06 | Baxış sayı: 633

2023-cü il mayın 12-də 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Onun uzunluğu 76 metrdir.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) xəbər verir.

Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 184 km sürətlə hərəkət edir.

NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlər statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olarsa verirlər. Belə cisimlər quruda və ya okeanda əhəmiyyətli dağıntılara səbəb ola bilər. 2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.