SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl74 yaşlı rejissor intihar edib
06 Aprel 2023 17:20 | Baxış sayı: 697
İranın Gilan əyalətinin Ənzəli şəhərində tanınmış rejissor, 74 yaşlı Kiyumərs Purəhməd intihar edib.
Əyalət prokurorluğu faktı təsdiqləyib.
Gilan əyalət prokuroru Mehdi Fallah Miri deyib ki, hadisə yerinə xüsusi işlər üzrə müstəntiq göndərilib: “Müstəntiq rejissorun intihar etdiyi qənaətinə gəlib”.
“Şaxta” kinojurnalının redaktoru Huşanq Gülməkaniyə rejissorun depressiya və ümidsizlik səbəbindən intihar etdiyini yazıb: “Ümidsizlik və gərəksizlik. Çox dəhşətli, inanılmaz, dəhşətli və şokedici hadisədir”.
İranın tanınmış jurnalisti Nuşabəx Əmiri tviterdə yazıb ki, K.Purəhməd zalım İslam Respublikası tərəfindən qətlə yetirilib: “Bəli, onu öldürüblər”.
Rejissorun yaxınları bildirib ki, o, ölkədə baş verənlərdən və mövcud vəziyyətdən sarsılmışdı.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi mənbələr onun ürək çatışmazlığından vəfat etdiyini açıqlamışdı.