20 Aprel 2025
7 mindən çox ukraynalı itkin düşmüş hesab olunur

7 mindən çox ukraynalı itkin düşmüş hesab olunur

7 mindən çox ukraynalı itkin düşmüş hesab olunur

06 May 2023 05:00 | Baxış sayı: 597

Yeddi mindən çox ukraynalı itkin düşmüş hesab olunur.

Bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

    Onların 15%-i mülki şəxslər, qalanları hərbçilərdir.

    Komissar bildirib ki, genişmiqyaslı işğal başlayandan indiyədək itkin düşmüş şəxslə bağlı 15 mindən çox cinayət işi açılıb, 8 min nəfər artıq tapılıb.

    "Bizə qohumları əsirlikdə olan insanlar müraciət edirlər. İnsan əsirlikdən çıxanda işi bağlayırıq. Təxminən 1500 ölmüş kişi cəsədi Cenevrə, BQXK və Rusiya vasitəsilə aidiyyati üzrə verilib", - deyə Kotenko bildirib.