20 Aprel 2025
6 milyard dollara qitənin ən böyük hava limanı tikiləcək

6 milyard dollara qitənin ən böyük hava limanı tikiləcək

6 milyard dollara qitənin ən böyük hava limanı tikiləcək

11 Avqust 2024 10:48 | Baxış sayı: 496

Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığında Afrika qitəsinin ən böyük dəyəri beynəlxalq hava limanı inşa ediləcək.

Bu barədə “Fana” teleradiostansiyası məlumat verib.

“Ethiopian Airlines” qrupunun baş direktoru Mesfin Taseunun sözlərinə görə, bu hava limanı beş ildən sonra Bişoftu kurort şəhəri (Oromiya regionu) yaxınlığında, ölkənin paytaxtından 17 km aralıda yaradılacaq və onun sahəsi 35 kv.km olacaq.

Yeni beynəlxalq hava limanının birinci mərhələsi ildə 60 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və ikinci mərhələnin başa çatması ilə sərnişin tutumu 100 milyona qədər yüksələcək.

Artıq “Ethiopian Airlines” beynəlxalq konsaltinq qrupu olan “DAR” ilə Efiopiyanın yeni hava limanının dizaynını hazırlamaq üçün anlaşma memorandumu imzalayıb.