20 Aprel 2025
30 illik rəhbər seçkilərdə təsadüfi namizədə uduzub

30 illik rəhbər seçkilərdə təsadüfi namizədə uduzub

30 illik rəhbər seçkilərdə təsadüfi namizədə uduzub

03 Aprel 2023 11:48 | Baxış sayı: 483

Prezidentlik uğrunda mübarizədə məğlubiyyətini etiraf edən hazırkı dövlət başçısı Milo Cukanoviçin Monteneqrodakı otuz illik hakimiyyət dövrü başa çatıb.

1991-ci ildən ölkəyə rəhbərlik edən Milo Cukanoviç siyasi karyerasında ilk dəfə seçkilərdə şəxsi məğlubiyyətə uğrayıb. O, təsadüfi namizədə - cəmi üç il əvvəl siyasətə qədəm qoyan iqtisadçı Yakov Milatoviçə uduzub.

Müşahidəçilərin fikrincə, Zdravko Krivokapiç hökumətində keçmiş iqtisadi inkişaf naziri, “Avropa indi” hərəkatının nümayəndəsi Yakov Milatoviç Monteneqroda keçirilən prezident seçkilərində səslərin təxminən 60%-ni, Cukanoviç 40%-ni qazanıb. Lakin Milatoviçin qələbəsi Monteneqronun qərbyönlü xarici siyasətinə təsir etməyəcək.

Maraqlıdır ki, Milatoviç təsadüfən partiyasının prezidentliyə namizədi olub. İlkin olaraq onun partiya yoldaşı, əvvəllər maliyyə və sosial inkişaf naziri postunu tutmuş Miloiko Spajiç prezidentliyə namizəd kimi irəli sürülüb. Lakin seçki komissiyası onun namizədliyini qəbul etməyib, belə ki, məlum olub ki, Spajiç Monteneqrodan başqa, ölkə qanunvericiliyilə qadağan edilən Serbiya vətəndaşlığına malikdir.

Milo Cukanoviç təslim olmaq fikrində deyil. O, hakimiyyət uğrunda mübarizəni davam etdirəcək. Prezident seçkilərindən əvvəl Cukanoviç parlamenti buraxaraq yeni parlament seçkilərini iyunun 11-nə təyin etdi. Məhz iyunun 11-də Cukanoviç partiyasının - Monteneqro Sosialistlərin Demokratik Partiyasının qalibiyyətindən istifadə edərək yenidən Baş nazir postunu tutmağa çalışacaq.

Lakin Sosialistlərin Demokrat Partiyası uduzsa belə, Cukanoviç parlamentə daxil olacaq və deputat toxunulmazlığı alacaq. Cukanoviç məğlubiyyətini etiraf edib və rəqibi Yakov Milatoviçi qələbə münasibətilə təbrik edib. Cukanoviç jurnalistlərin iyunun 11-də partiya lideri kimi parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suallarını cavabsız qoyub.

Cukanoviç 1991-ci ildə Monteneqronun rəhbəri olub, bundan sonra o, beş dəfə baş nazir, eyni zamanda iki dəfə - 1998-ci ildən 2002-ci ilə və 2018-ci ildən bu günə kimi ölkənin prezidenti olub.