SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl3 rayonda QAZ YOXDUR - SƏBƏB
07 Mart 2025 11:39 | Baxış sayı: 263
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər rayonunun isə Türkan “Üzümçülük” və “Bağlar” yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.