SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ!
19 Mart 2024 08:18 | Baxış sayı: 458
Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bəs imtahan cavabları nə vaxt elan olunacaq?
AJMEDİA.İNFO xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 3 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri bu həftə açıqlanmayacaq.
Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə martın 4-dən etibarən başlanılıb. Beləliklə, cavabların gələn həftə açıqlanacağı ehtimal edilir.(Sfera.az)