SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl3 ildən sonra Azərbaycanda işsiz statusu alanların sayı açıqlandı
13 İyun 2023 16:47 | Baxış sayı: 577
Bu il iyun ayının 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 213,1 min nəfər olub və onlardan 4 milyon 920,6 min nəfərini məşğul əhali təşkil edib. Bu həm də o deməkdir ki, Azərbaycanda 292,5 min nəfər işsiz insan var.
Azərbaycanda işsiz şəxslərin 250,1 min nəfəri Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınıblar.
Rəsmi olaraq işsiz statusu verilən şəxslərin yalnız 1%-nə və ya 2 min 459 nəfərinə işsizlik müavinəti verilib.
Onu da bildirək ki, 2020-ci il aprelin 1-dən Məşğulluq Agentliyində qeydiyyata alınan işsiz şəxslərin sayı açıqlanmırdı.yeniavaz.com