20 Aprel 2025
3 il əvvəl törədilən qətlin üstü açıldı - SAXLANILAN VAR

3 il əvvəl törədilən qətlin üstü açıldı - SAXLANILAN VAR

3 il əvvəl törədilən qətlin üstü açıldı - SAXLANILAN VAR

29 İyul 2024 08:00 | Baxış sayı: 438

2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər:
Kriminal