İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəl27 avqust 23:59-dan 28 avqust 05:45-ə qədər... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!
27 Avqust 2024 13:09 | Baxış sayı: 381
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
AJMEDİA.İNFO-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, 27 avqust 23:59-dan 28 avqust 05:45-ə qədər yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.