SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl"2025-ci il İrana qarşı müharibə ili olacaq" - İsrail ELAN ETDİ
06 Mart 2025 16:58 | Baxış sayı: 706
"2025-ci il Qəzza sektoru və İrana yönəlmiş müharibə ili olacaq".
AJMEDİA.İNFO "The Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) yeni Baş Qərargah rəisi Eyal Zamir ali hərbi komandanlığa bildirib.
Onun sözlərinə görə, İsrail Silahlı Qüvvələri digər cəbhələrə də diqqət yetirəcək.
Zamir qeyd edib ki, son illərdə İsrail ordusu əsasən nisbi qələbə və ya çəkindirməyə fokuslandığı üçün "qələbə" konsepsiyasını mühüm dəyər kimi ön plana çəkəcək.
Xatırladaq ki, Zamir martın 5-də rəsmi olaraq İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi vəzifəsinə keçib. Mərasim zamanı ona İsrail ordusundakı ən yüksək rütbə olan general-leytenant dərəcəsi verilib.