İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəl20 yaşlı gənc Tik-Tok videosu çəkərkən faciəvi şəkildə ÖLDÜ - ŞOK GÖRÜNTÜLƏR
07 May 2023 15:39 | Baxış sayı: 714
Mardində sosial şəbəkədə video çəkmək istəyən 20 yaşlı gənc tullandığı su kanalının döşəməsinə dəyərək həyatını itirib.
Dəhşətli anların görüntüləri həyatını itirən gəncin 8 yaşlı bacısı tərəfindən lentə alınıb.
Tik-Tok videosu çəkmək üçün bölgədən keçən su kanalına atılan Suriya əsilli Lueyna Əl Hüseyni kanalın dibinə çırpılaraq bir müddət suda hərəkətsiz vəziyyətdə qalıb.
Qardaşının suda hərəkət etmədiyini görən bacısı ətrafdakılara xəbər verib.
Ətrafdakıların xəbəri ilə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. Sudan çıxarılan Hüseyninin öldüyünü müəyyən edilib. Hüseyninin cəsədi yarılma üçün Derik Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.musavat.com