SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl18 fevralla bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ!
17 Fevral 2025 16:10 | Baxış sayı: 287
18 fevralda geomaqnit qasırğası olması ehtimalı var.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 18 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının və 15 fevralda baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.
Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir.