SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl150 min turist Azərbaycandan narazı qayıdıb - ilginc
13 Dekabr 2023 04:50 | Baxış sayı: 667
Narazılıq daha çox restoranların xidmətindən və nəqliyyatdandır
Yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana gələn 1,2 milyon nəfər turistin 150 mini və ya hər 8 turistdən biri ona göstərilən xidmətlərin hansındansa narazı qalıb. “Yeni Müsavat” bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Xatırladaq ki, ilk 10 ayda xaricdən ölkəyə 1 milyon 169 min nəfər səfər edib.
Narazı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 27 min nəfər və ya 21,9% çoxdur. 2022-ci ilin 10 ayında ölkəyə gələn turistlərin 123 mini xidmətdən narazı qalmışdı.
Rəsmi məlumatlara görə, turistlərin narazı qaldığı sahələrin siyahısına restoran və avtobus daşımaları başçılıq edir.
Belə ki, turistlərin 32,5 min nəfəri restoranların xidmətindən, 32,1 min nəfəri avtobusla sərnişin daşımadan, 18,4 min nəfəri taksi xidmətindən, 17,4 min nəfəri bələdçi xidmətindən məmnun olmayanlardır.
Bundan başqa, 13,6 min nəfər hotellərin xidmətindən, 8,9 min nəfər metrodan, 5,3 min nəfər turagentlərin xidmətindən razı qalmayıb.