SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl13 yaşlı məktəbli də qəzada həlak olub - FOTO
26 Dekabr 2024 16:41 | Baxış sayı: 941
Ötəngünkü təyyarə qəzasında həyatını itirənlərdən biri də məktəblidir.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı onun təhsil aldığı Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb paylaşım edib.
Qeyd edilib ki, məktəbin 8d sinif şagirdi Yeganov Məhəmmədəli Fərid oğlu dünən xəstəxanada dünyasını dəyişib.
Məhəmmədəlinin 13 yaşı olduğu bildirilir.
Xatırladaq ki, Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.