İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəl102 yaşlı Fatma Səttarova SƏS VERDİ - FOTO
07 Fevral 2024 07:27 | Baxış sayı: 526
Bu gün Azərbaycan Respublikasında prezident seçkisi keçirilir.
AJMEDİA.İNFO xəbər verir ki, qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. O, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.
Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.