16 Aprel 2024
Zelenski dünyaya səsləndi: “Bu, tam qələbədir, bunu çox gözləmişdik…”

Zelenski dünyaya səsləndi: “Bu, tam qələbədir, bunu çox gözləmişdik…”

24 İyun 2022
Baxış: 392

Bu gün Brüsseldə keçirilən Aİ Liderlər Sammitində Ukrayna və Moldovaya “namizəd ölkə” statusu verilməsi qərarı ilə bağlı fikirlərini bölüşən Ukrayna Prezidenti Volodimir Zelenski 30 ildir ki, bu anı gözlədiklərini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Ukrayna tərəfindən müsbət qarşılanan qərarın verilməsində Ukrayna Prezidenti Vladimir Zelenski də internet bağlantısı vasitəsilə sessiyada iştirak edib. Qərarla bağlı hisslərini AB ölkə liderlərinə çatdıran Zelenski bunları qeyd edib:

“Bu, dövlətimizin 30 illik müstəqilliyi ərzində Ukrayna üçün ən vacib qərarlardan biridir, lakin bu qərar təkcə Ukrayna üçün keçərli deyil. Bu, hazırda azadlığımızı və birliyimizi qorumaq qabiliyyətimizi sınaqdan keçirən Rusiya və Avropanı gücləndirmək üçün atıla biləcək ən böyük addımdır. Sammitdəki bütün Avropa liderlərinə təşəkkür edirəm. Əllərində silah Ukraynanı müdafiə edən qəhrəmanlarımıza və Avropanın azadlığını müdafiə edən hər kəsə təşəkkür edirəm. Avropanın yeni tarixini mümkün etdiyiniz üçün sizə təşəkkür edirik”.

Bu qərardan sonra Zelenski sosial media hesablarında mesajlar verməyə davam edib.

Tvitter hesabında başqa bir paylaşım edən Zelenski: “Avropa liderlərinin Ukraynaya namizəd statusu vermək qərarını yüksək qiymətləndirirəm. Bu, münasibətlərdə unikal və tarixi bir məqamdır.. Bu qələbədir. 120 gün, 30 il gözlədik”,-deyə bildirib.(sfera.az)