19 Aprel 2024
“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

07 İyun 2020
Baxış: 526

“YouTube” sosial şəbəkəsi İranın dövlət televiziyasının səhifəsini (akkaunt) bloklayıb.

AJM xəbər verir ki, İran televiziyasının rəhbəri Hüseyn Yusiffər bildirib ki, ABŞ şirkətinin belə addımı heç də təəccüblü deyil. O hesab edir ki, “Google” şirkətinə aid olan “YouTube” sosial şəbəkəsi siyasi sifariş alaraq İran televiziyasının səhifəsini bağlayıb. Söz və mətbuat azadlığından danışanlar nədənsə İran televiziyasının həqiqətləri yayımlamasından qorxurlar.

H.Yusiffər nəzərə çatdırıb ki, İran televiziyası digər vasitələrlə həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.

Qeyd edək ki, “Instagram”, “Twitter” və “Facebook” sosial şəbəkələri də İranın bir sıra xəbər agentliklərinin ingilis dilindəki səhifələrini bloklayıb. Onlar iddia edir ki, İranın media strukturları qaydaları pozur. Lakin İran bu iddiaları rədd edir.

Teqlər: YouTube