25 Aprel 2024
Yoluxma sayı yenidən KƏSKİN ARTDI - SON STATİSTİKA

Yoluxma sayı yenidən KƏSKİN ARTDI - SON STATİSTİKA

30 Avqust 2022
Baxış: 2462

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 816 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 532 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 028, bu günə qədər isə ümumilikdə 7 151 214 test icra olunub.