25 İyun 2024
Yol polisindən MÜHÜM ÇAĞIRIŞ: "Diqqətli olun!"

Yol polisindən MÜHÜM ÇAĞIRIŞ: "Diqqətli olun!"

27 May 2024
Baxış: 283

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

AJMEDİA.İNFO bildirir ki, qurum ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etdiyini, ayrı-ayrı yerlərdə yağış və güclü küləyin gözləniləcəyini xatırladıb.

“Hazırda müşahidə olunan tozlu hava səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq, sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edirik”, - qurumdan bildirilib.

Baş Dövlət Yol Polisi həmçinin, qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.