24 Aprel 2024
Yerusəlimdə ultra-ortodoksalların kütləvi nümayişi keçirilib

Yerusəlimdə ultra-ortodoksalların kütləvi nümayişi keçirilib

08 Dekabr 2020
Baxış: 1716

7 dekabr axşamı Yerusəlimin Bar-İlan küçəsində, paytaxt tramvayının planlaşdırılan marşrutuna etiraz edən ultra-ortodoksalların kütləvi nümayişi olub. Nümayişdə 1000-dən çox insan iştirak edib. Etiraz zamanı ultra-ordodoksallarla polis arasında qarşıdurma baş verib.

Qarşıdurmalar zamanı altı polis yüngül yaralanıb. Əksəriyyətinə hadisə yerində yardım göstərilib. Bir polis isə xəstəxanaya yerləşdirilib.

25 nümayişçi nəzarətə alınib. Bir neçəsi məhkəməyə gətiriləcək və polis həbs müddətinin uzadılmasını istəyəcəyi bildirilir.

Etirazlara, ultra-ordodoksal məhəllələrindən keçən Yerusəlim tramvay marşrutu səbəb olub. Etiraz nümayişlərinin davam etməsi gözlənilir.