19 Aprel 2024
Yerusəlimdə etiraz: Netanyahunun siyasətindən minlərlə narazı. Fotoreportaj

22 İyul 2020
Baxış: 551

İyulun 21-də axşam Yerusəlimdə minlərlə vətəndaşın iştirak etdiyi kütləvi etiraz aksiyası keçirilib - əsasən gənclər hökumətin fəaliyyətindən narazı qalaraq Baş nazir Benyamin Netanyahunun istefasını tələb ediblər.

Nümayişçilər təkcə İsrailin dövlət bayraqları altında deyil, həm də qırmızı və qara bayraqlar altında yürüş ediblər. Etirazçıların tələbləri fərqli olub: koronavirus böhranı zamanı hökumət başçısına xüsusi səlahiyyətlər verilməməsi, hökumət başçısının səlahiyyətlərindən məhrum edilməsi, böhran zamanı müəssisələrə qoyulan məhdudiyyətlərin qaldırılması və s. Ayrıca "hamı üçün demokratiya" tələb edən afişaları görmək mümkün olub. İyad əl-Xalakın ölümündə iştirak edən polislər barəsində "ədalətli məhkəmə", "polis, bizi qoru" və s.

Paytaxtdakı etiraz aksiyaları, hökumət başçısının Balfour küçəsindəki rəsmi iqamətgahı yaxınlığında bir neçə adamın iştirak etdiyi piketlə başlayıb. Oradan, polisdən icazə alaraq Knessetə istiqamət alıb. Parlament binasının qarşısında, mediada yayılan məlumatlara görə, təxminən üç min nəfər olduğu bildirilir. Mitinq bir neçə saat davam edib, bundan sonra nümayişçilər Balfour yaxınlığında yerləşən Kikar Paris meydanına dönüblər.

Teqlər: Nümayiş