25 Aprel 2024
Yəməndə MOSSAD agenti yaxalandı

Yəməndə MOSSAD agenti yaxalandı

10 İyun 2021
Baxış: 679

Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyi İsrail rejimi xüsusi xidmət orqanı olan MOSSAD-ın agentinin saxlanıldığını bəyan edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri açıqlama verib.

O vurğulayıb ki, saxlanılan MOSSAD agentinin Yəməndəki fəaliyyətləri ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Yemənin paytaxt Səna şəhərindəki hökumət bundan əvvəl dəfələrlə Qırmızı dənizdəki İsrail rejimi gəmilərinə qarşı əməliyyat keçiriləcəyi barəsində xəbərdarlıq edib. (Eastnews.org)